Milli Yaylaq Festivalı Gədəbəydə start götürəcək - FOTOLAR

23:23 | 15.07.2019
Ölkəmizdə ilk dəfə olaraq  Milli Yaylaq Festivalı keçiriləcək. Festival cari ilin iyul-avqust aylarında Gədəbəy rayon Miskinli kəndində baş tutacaq. Festival milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirəcək.  Festival  Gədəbəyə turizm axnına müsbət təsir edəcək. Bu festival rayonun turizm potensialını ölkə və beynəlxalq səviyyədə nümayiş etdirməyə imkan verəcək.
Festivalın təşkilatçıları  Gədəbəy RİH, Türkiyənin TİKA təşkilatı, Cavadxan Tarix və Mədəniyyət Fondudur.  Hazırda festivalın keçiriləcəyi ərazidə son tamamlanma işləri aparılır.

Festival əsasən 3 hissədən ibarətdir: mədəni etnoqrafik, milli yaylaq oyunları, eko-etno turizm. Festivalda 12 çadır qurulacaq.  Rəsmi hissəsi  26-28 iyulda baş tutacaq festivaldan sonra həmin çadırlar qonaqlara icarəyə veriləcək.  Çadırlara - "Xan yurdu”,  "Süvarilər” , "Vəzir yurdu”,  "Xatunlar”, "Sərkərdələr”, "Sənətkarlar”. "Ərənlər”,  "Ozanlar” və s.  kimi simvolik adlar verilib. Hər bir çadır adına uyğun bəzədiləcək.

Festivalın keçirilməsi üçün nəzərdə tutulan  etnoqəsəbənin ərazisində yaşayış yurdları (dəyələr)  ilə yanaşı, "Cıdır meydanı”, "Yaylaq  bazarı”, "Sənətkarlıq guşəsi”, "Dədə Qorqud ocağı” , "Yaylaq yatağı”,  "Pəhləvan meydanı” , "Aşıq Ələsgər ocağı”, "Yaylaq süfrəsi” və digər tematik sahələr yaradılacaq.
Festival ərzində Gədəbəyin məşhur yerlərinə ekskursiyalar, səyahətlər  təşkil olunacaq.  Festivalda iştirak pulsuzdur. Qonaqlar etnoqəsəbədə öz çadırlarını pulsuz qura  və yemək bişirə  bilərlər.  Yalnız festivalın təşkilatçıları tərəfindən qurulan çadırlar və verilən yeməklər ödənişli olacaq.  Etnoqəsəbədə gecələmək haqqı yemək daxil olmaqla 150-250 manat arası təşkil edəcək.  

Festivalda 16 ölkədən qonaqların iştirakı gözlənilir.  Onların  arasında türk dilli ölkələr üstünlük təşkil edir.
Festival sentyabrın ilk 10 günlüyünə kimi davam edəcək. 
 
Zaur Qənbərov
 











www.anews.az
loading...

Xəbər lenti