Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirin növbəti qrup oyunları keçirilir.
Qol.Az-ın məlumatına görə, 1996-cı ilədək təvəllüdlü futbolçular arasında keçirilən beynəlxalq turnirdə yığmamız Çexiya yığması qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 12:00-da başlayıb. Görüş yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
6 yanvar
12:00. Azərbaycan - Çexiya - 0:2
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !