Millimiz İtaliyaya yollandı

11:53 | 06.06.2019
Taekvondo üzrə böyüklərdən ibarət milli komanda İtaliyada keçiriləcək Qran-Pri turnirinə yollanıb.
 
Qaynarinfo xəbər verir ki, 07-09 iyun tarixlərində Roma şəhərinə baş tutacaq yarışda komandamız üç idmançı ilə təmsil olunacaq. İtaliyada startı veriləcək Qran-Pri turniri davamlı olaraq Yaponiya, Bolqarıstan və Rusiyada təşkil ediləcək.


G4 dərəcəli beynəlxalq yarışlarında baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.
 
Turnirin qalibi reytinq xallarını 40 xal artırmış olacaq.
 


www.anews.az
loading...