Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
"Qafqazinfo” xəbər verir ki, mundialın son dörd günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Beləliklə, komandamız altı illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında 4 medal qazanıb ki, bu da rekord nəticədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !