Millimizin baş məşqçisi əməliyyat olunub

12:31 | 25.09.2020
Millimizin baş məşqçisi əməliyyat olunub

Millimizin baş məşqçisi əməliyyat olunub

Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov əməliyyat olunub. 

Anews.az xəbər verir ki, bu barədə "Report"a 74 yaşlı mütəxəssisin özü məlumat verib. Cəfərov dünən dişindən əməliyyat olunduğunu, hazırda ağrılar hiss etdiyini bildirib. 

AAF rəsmisi dişinin alt hissəsində problem yaranması səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyulduğunu söyləyib. Cəfərov hazırda özünü yaxşı hiss etmədiyi üçün çox danışa bilmədiyini sözlərinə əlavə edib. 

Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb