İlk növbədə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Sabah bizi maraqlı, gərgin oyun gözləyir. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır, ancaq biz də yaxşı məşq etmişik və məzmunlu futbol göstərməyə hazırıq.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri martın 20-də mətbuat konfransında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyaya gələn heyət üzvlərinin hamısının oynaya biləcək vəziyyətdə olduğunu bildirən baş məşqçi qeyd edib ki, hazırda 12-13 futbolçu arasından start heyəti müəyyənləşdirmək barədə düşünür: Evimdə oynayıram və ümid edirəm ki, ilk oyunum uğurlu alınacaq”.
Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu Zaqrebdəki "Maksimir” stadionunda martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !