Millinin keçmiş üzvü azadlığa çıxır - 15 yaşlı qızı zorlamışdı

21:17 | 22.03.2019
Millinin keçmiş üzvü azadlığa çıxır - 15 yaşlı qızı zorlamışdı

Millinin keçmiş üzvü azadlığa çıxır - 15 yaşlı qızı zorlamışdı


15 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən və 6 il müddətinə həbs cəzası alan ingilis futbolçu Adam Conson bu gün azadlığa çıxır.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Mirror" nəşri yayıb.

O, cəza müddətinin yarsını həbsxanada keçirdikdən sonra bu gün azadlığa çıxacaq. Futbolçunu qarşılamaq üçün atası Murland həbsxanasına yollanıb.

"Sanderlend"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Adam Conson yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olduğunu qəbul etdikdən sonra 6 illik həbs cəzası almışdı.

2010-2012-ci illərdə "Mançester Siti"də çıxış edən Adam Conson "Sanderlend"ə transfer olduqdan sonra 20 matça çıxıb.

Qeyd edək ki, futbolçuya 4 yaşlı qızını görmək qadağan olunub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb