"Marqvelaşvili artıq hakimiyyətə qarşı müxalif mövqedə dayanır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili çıxış edib.
Onun sözlərinə görə, Marqvelaşvilinin hökumətə müxalifliyi Qaribaşvili ilə münasibətlərinin korlanması ucbatından yaranıb:
"O, prezident olandan ikicə gün sonra öz komandasına qarşı çıxdı. Bunun arxasında dünya siyasəti dayanmırdı. Mən indi də cəmiyyətə xatırlatmaq istəyirəm ki, bunun arxasında onun "Nyu York səfəri” ilə bağlı kaprizləri durur. Prezident müxalif olduğunu bütün hərəkətləri ilə təsdiq edir”.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !