Milyarder Rafal Brzoska və arvadı META şirkətini məhkəməyə verəcək

15:53 | 13.08.2024
Milyarder Rafal Brzoska və arvadı META şirkətini məhkəməyə verəcək

Milyarder Rafal Brzoska və arvadı META şirkətini məhkəməyə verəcək

Polşalı milyarder Rafal Brzoska və onun həyat yoldaşı jurnalist Omena Mensah sosial şəbəkələrdə saxta reklam yerləşdirdiyinə görə Amerikanın Meta şirkətini məhkəməyə verəcəklər. Bu barədə Reuters xəbər verib.

Brzoska Avropanın ən böyük özəl poçt operatorlarından biri olan InPost-un təsisçisi və baş direktorudur. 
 
Forbes jurnalı onun sərvətini 1 milyard dollar qiymətləndirir.

Polskie Radio-nun məlumatına görə, Meta platformalarında saxta məlumatlar, o cümlədən Mensahın Brzoska tərəfindən sui-istifadə edildiyi iddia edilən fotoşəkilləri olan sponsorlu yazılar meydana çıxdı. Jurnalist 263 oxşar yazı tapıb.

Brzoska şirkətdən külli miqdarda təzminat tələb etmək və əldə etdiyi pulu xeyriyyə işlərinə vermək niyyətindədir.

Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM