Milyonçu "Aylan adası" yaratmaq istəyir

16:10 | 16.09.2015
Milyonçu

Milyonçu "Aylan adası" yaratmaq istəyir

Naquib Saviris adlı misirli milyonçu Suriya və İraqdan qaçqın düşənlər üçün 2 ada almaq niyyətini açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, milyonçu adalardan birinin adını "Aylan adası" qoymaq istəyir. Onun almaq istədiyi adalar Yunanıstanda yerləşir. O, hazırda almaq istədiyi adaları müəyyənləşdirdiyini və danışıqlara başladığını qeyd edib. Naquib Saviris sadəcə qaçqınların Yunanıstana gəlməsi üçün rəsmi icazənin verilməsini istəyib. 

Məqsədinin həyata keçirilməsi üçün milyonçu BMT-nin Qaçqınlarla İş Komissiyasının nümayəndələri ilə görüşəcəyini də qeyd edib. Misirli varlı adam işlərinin yolunda getdiyi təqdirdə adalardan birinə Aralıq dənizində anası və bir qardaşı ilə həlak olan balaca Aylanın adını verəcəyini bildirib. 

Qeyd edək ki, 3 yaşlı balaca Aylanın vəfatından sonra Avropa qaçqınlarla bağlı siyasətini dəyişmiş, Avropa xeyli sayda suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bildirmişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM