Milyonlarla tarixi sənəd yandı

10:22 | 03.02.2015
Milyonlarla tarixi sənəd yandı

Milyonlarla tarixi sənəd yandı

Moskvada Sosial Elmlər üzrə Araşdırma Məlumatları İnstitutunun kitabxanasında baş verən yanğın zamanı 1 milyonacan tarixi sənəd sıradan çıxıb.

ANS PRESS-in məlumatına görə, 25 saat davam edən yanğını 147 yanğınsöndürən briqadası söndürməyə çalışıb.

Hazırda binanın damı uçub, onun tam olaraq çökməsi ehtimalı var.

Bununla belə kitabxanadakı 10 milyon kitabı xilas etmək mümkün olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM