Azərbaycanlı oliqarx dünyanın ən bahalı penthausunda məskunlaşmaq istəyir. Bu barədə "The Guardian" yazıb. Daha öncə dünyanın ən bahalı penthausunun Monakoda olduğu qeyd edilir. Şüşədən olan "Odeon Tower"dəki 5 mərtəbəli penthausdan Aralıq dənizinə mənzərə açılır. Bu möhtəşəm mənzərəli ev gələn il 400 milyon dollara satışa çıxacaq. Burada idman zalı, sauna, kinoteatr, kitabxana, yataq otağı, bar, tennis kortu, bilyard zalı var. Mebellər təbii dəridən və qırmızı ağacdandır. Penthausda özünün şəlaləri ilə əhatələnmiş hovuz var. "Bu penthaus çox varlı insanlar üçün nəzərdə tutulub", - deyə alqı-satqı ilə məşul olan şirkətin rəhbəri Edvard de Mallet Morqan deyib. "Knight Frank" şirkətinin rəhbərinin sözlərinə görə, "Odeon Tower" də artıq 250 mənzildən 26-ı satılıb. Dəbdəbəli penthausla Rusiya, Qazaxıstandan olan oliqarxlar maraqlanıblar. Bu möhtəşəm mənzilə sahib olanlar arasında Azərbaycandan olan və adı açıqlanmayan oliqarxında adı var. //Anspress
Bizi sosial şəbəkələrdə izləyin !