Milyonuncu suriyalı qaçqın qeydiyyatdan keçdi

20:23 | 04.04.2014
Milyonuncu suriyalı qaçqın qeydiyyatdan keçdi

Milyonuncu suriyalı qaçqın qeydiyyatdan keçdi

Suriyaya məxsus hərbi hava qüvvələri paytaxt Dəməşqin ətraf rayonlarında terrorçu dəstələrə qarşı əməliyyatlar keçirib. Beynəlxalq müşahidəçilərin məlumatına görə, əməliyyatlar zamanı azı 10 terrorçu öldürülüb. Lakin hava zərbərləri, eyni zamanda, yaşayış məntəqələrini də dağıdıb. Yerli sakinlər dağıntılar nəticəsində çoxlu sayda insanın öldüyünü bildiriblər. Həvəskar çəkilmiş kadrlarda hücumdan sonra yaşanan dramatik anlar əks olunub.Suriyada 2011-ci il mart ayından başlayan müharibə nəticəsində 2.5 milyon insan evlərindən qaçqın düşüb.Ötən gün Livanda 1 milyonuncu qaçqın qeydiyyatdan keçib. 19 yaşlı Yəhya Livanda həyatın olduqca çətin keçdiyini bildirib. "Suriyadan əslində heç kim bura gəlmək istəmir. Çünki hər kəs buradakı ağır şəraitdən xəbələrdarıdır. Biz özümüz borc içindəyik. Hətta iş tapıb işləsək belə, evin kirə pulunu ödəyə bilmirik" - deyə Yəhya qeyd edib.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM