Belarus Opera və Balet Teatrında azərbaycanlı bəstəkar Fikrət Əmirovun musiqisi əsasında “Min bir gecə” balet tamaşası təqdim olunacaq. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baletə quruluş vermək üçün Azərbaycanın xalq artisti, quruluşçu-baletmeyster Mədinə Əliyeva, quruluşçu-rəssam İnarə Aslanova və beynəlxalq müsabiqələr laureatı, dirijor Eyub Quliyev Minskə dəvət olunub. “Min bir gecə” baletinin premyerasının fevralın 15-də Minskdə keçiriləcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !