Min seçki məntəqəsində kamera quraşdırılıb - MSK

11:31 | 02.02.2024
Min seçki məntəqəsində kamera quraşdırılıb - MSK

Min seçki məntəqəsində kamera quraşdırılıb - MSK

Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıb. Bu barədə MSK son iclasında qərar açıqlanıb. 
 
Mərkəzi Seçki Komissiyası tərəfindən 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsində vətəndaşların səsverməsi təsdiq olunub. 
 
"Komissiya Prezident seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən-axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmasına qərar verib. Qəbul edilmiş qərarda veb-kameraların quraşdırılması üçün zəruri olan fəaliyyətin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısının dərc edilməsi nəzərdə tutulub", - açıqlamada qeyd olunub. 
 
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə 7 nəfərin namizədliyi təsdiq olunub.
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM