Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Ermənistanın yerləşdirdiyi minaların qurbanlarının sayı 344-ə çatıb. 2020-ci ilin sonundan indiyədək 65 nəfər minaya düşərək ölüb.
"Ermənistan günahsız dinc insanların ölümünə görə məsuliyyət daşıyır. Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və travmalara gətirib çıxarır.", - XİN məlumatında bildirilib.
Qarabağda işğaldan azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 336.5 hektar ərazi minalardan təmizlənib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !