Mina təmizləyən şəxslərə şəhidlik statusu verilə bilər

15:10 | 31.10.2024
Mina təmizləyən şəxslərə şəhidlik statusu verilə bilər

Mina təmizləyən şəxslərə şəhidlik statusu verilə bilər

İşğaldan azad edilmiş ərazilərdə mina təmizləyərkən həlak olan şəxslərə şəhidlik statusu verilə bilər. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 
 
"Mina təmizləyərkən şəhid olan şəxslərə şəhidlik sttusu verilməsi təklifi müsbət qarşılanıb. Bu məsələ aiddiyatı qurumlarla danışıqlar aparılıb", - o bildirib. 
 
Bundan əvvəl deputat Razi Nurullayev söyləyib ki, Qarabağda mina təmizləyən zaman vəfat edən və yaralanan şəxslərin şəhid ailə üzvləri ilə eyni imtiyazlara sahib olmalarına ehtiyac var.
 
İndiyədək ANAMA-nın 10-dan çox əməkdaşı mina qurbanı olub. 
 
 2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 380-dan çox nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM