Qarabağda mina təmizləyən zaman vəfat edən və yaralanan şəxslərin şəhid ailə üzvləri ilə eyni imtiyazlara sahib olmalarına ehtiyac var. Bunu deputat Razi Nurullayev deyib.
"Daha əvvəl də təklif etmişdim ki, minatəmizləyənlər iş başında vəfat edirsə şəhid statusu alsın. Amma bu təklifin qanunda əlavə edilməyib. Heç olmasa onlar üçün şəhid ailələri ilə eyni imtiyazları mümkün etmək lazımdır. Minatəmizləmə zamanı ANAMA-nın 11 əməkdaşı xəsarət alıb. Bu belədə böyük rəqəm deyil. Ən azı onların ailələrinə sosial yanaşma fərqli olmalıdır", - deputat "Minatəmizləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
2020-ci il Vətən Müharibəsindən sonra 380-dan çox nəfər mina qurbanı olub.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !