Minaların təmizlənməsində iştirak edənlər əmək pensiyası ilə təmin edilə bilər

13:42 | 16.10.2024
Minaların təmizlənməsində iştirak edənlər əmək pensiyası ilə təmin edilə bilər

Minaların təmizlənməsində iştirak edənlər əmək pensiyası ilə təmin edilə bilər

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak edən şəxslər əmək pensiyası ilə təmin edilə bilər. Bu barədə "Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində qeyd olunub. 
 
Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
 
VII çağırış Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Siyavuş Novruzov da ANAMA əməkdaşlarına sosial güzəştlərin tətbiq edilməsini təklif edib.
 
Deputat həmçinin bildirib ki, bu təbəqədən olan şəxslərin pensiya yaşının azaldılmasını da təklif edib və bildirib ki, bu digər sahələrdə çalışan şəxslərdən fərqlənməlidir.
 
Millət vəkili Vüqar Bayramov da söyləyib ki, ANAMA əməkdaşlarının həm əməkhaqqları artırımalı, həm də onların pensiya yaşına yenidən baxılmalıdır. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM