Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. SMPDK-dən ANN.Az-a verilən məlumata görə, müqaviləyə əsasən Azərbaycanda yeni tikiləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə minə qədər milli standart hazırlanacaq.Müqavilə predmeti olan layihə çərçivəsində institut mütəxəssisləri tərəfindən NQNK-nın inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin NQNK-nın gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.Layihənin birinci mərhələsinin müddəti 2 il təşkil edir. Ümumilikdə layihənin müddəti 8 ilə yaxındır və layihə çərçivəsində minə qədər beynəlxalq və regional standartlar əsasında milli standartların hazırlanması planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !