Mingəçevir bazarında bahalaşma ilə bağlı çəkiliş apararkən bir çox məqamların şahidi olduq.
Yeniavaz.com xəbər verir ki, məlum səbəbdən bazar alverçiləri yaranan fürsətdən istifadə edirlər. Alıcıların sözlərinə görə bazarda qiymətlər qalxıb. Belə ki, bir kiloqram soğanın qiyməti 1, 30 azn, kartof isə 1, 20 azn-dən təklif olunur. Bazarda ən bahalı məhsul isə sarımsaqdır ki, onun da qiyməti 12 manat 50 qəpikdən başlayır.
Bahalaşma meyvələrin də qiymətində müşahidə olunur. Satıcılar deyirlər ki, bazarda onsuz da alıcı qüvvəsi yoxdur.
Ağartı məhsulları satan bazar sakini isə bildirir ki, yollar bağlı olduğundan yaxın kəndlərin heç birindən məhsul təmin edə bilmir və məcbur köhnə məhsulları satır.
Alıcıların "gözünü qorxutmamaq” üçün bir çox satıcı qiymətləri piştaxtadan götürüb. Bir sözlə, bazarda nə alan, nə də satan hazırkı vəziyyətdən məmnun deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !