Mingəçevir sakini yük maşınının üstündən yıxılaraq ağır xəsarət alıb.
1957-ci il təvəllüdlü şəhər sakini Məhərrəmov Əsədulla Fətulla oğlu ”KamAZ” markalı maşının yük yerinin üstündən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Onun baş və bədən nahiyəsində çox sayda ağır xəsarətlər və beyin silkələnməsi faktı aşkarlanıb.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !