Mingəçevirdə restoran sahibinə cinayət işi açıldı

17:29 | 10.04.2021
Mingəçevirdə restoran sahibinə cinayət işi açıldı

Mingəçevirdə restoran sahibinə cinayət işi açıldı


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı  barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R.Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM