“Mingəçevir vurularsa, İrəvanı dağıdarıq” - Müdafiə Nazirliyi

13:25 | 08.08.2014
“Mingəçevir vurularsa, İrəvanı dağıdarıq” - Müdafiə Nazirliyi

“Mingəçevir vurularsa, İrəvanı dağıdarıq” - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verib. 

ANN.Az Müdafiə Naziriyinin rəsmi saytına istinadən xəbər verir ki, cavab açıqlamasında deyilib: 

“Ermənistan Respublikasının Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır. 

Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.

Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM