Mingəçevirdə 5 avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

16:37 | 13.01.2014
Mingəçevirdə 5 avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

Mingəçevirdə 5 avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

Mingəçevir şəhərində zəncirvari avtomobil qəzası baş verib.APA-nın məlumatına görə, hadisə bu gün 13:00 radələrində Mingəçevir şəhərinin Sağ sahil qəsəbəsindəki Təbriz küçəsində qeydə alınıb. Sürücülərin diqqətsizliyi və yüksək sürət səbəbindən 44-BJ-355 dövlət nömrə nişanlı “VAZ 2106”, 10-FR-628 dövlət nömrə nişanlı “VAZ 2106”, 25-BG-185 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil, 10-UT-231 dövlət nömrə nişanlı “Opel” və 90-VK-593 dövlət nömrə nişanlı “Chevrolet” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hal-hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin hansı sürücünün səhvi səbəbindən baş verdiyi araşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM