Minimum əmək haqqı artırılsa əhalinin sosial vəziyyəti yaxşılaşar- VİDEO

12:30 | 25.11.2022
Minimum əmək haqqı artırılsa əhalinin sosial vəziyyəti yaxşılaşar- VİDEO

Minimum əmək haqqı artırılsa əhalinin sosial vəziyyəti yaxşılaşar- VİDEO

Minimum əmək haqqının 300 manat olması istiqamətdə dəyişikliklər aparılsa, əhalinin sosial təminatı yaxşılaşar. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bilirib.
 
"Məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşdan daha yüksəkdir. Minimum istehlak səbətinin dəyərinin  10-dək artırılması o deməkdir ki, onun  strukturun ən azı 70%-ni qida məhsullarından formalaşan bu normativdə qida inflyasiyasının səviyyəsi 15%-dən yüksək olduğu üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Yəni, siz ötən ilin noyabrında 100 manata aldığınız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb.  Nəhayət, bizim hazırki istehlak səbətimiz vətəndaşın mərkəzi istilik sisteminə çxışı normativinə söykənir, o zaman gəlin baxaq, yalnız əhalinin 10 faizinin belə mərkəzi sistemlərə çıxışı var. O zaman minimum istehlak səbətində müəyyənlışmiş kvota ilə bir ailəni 10 gündən artıq istiliklə təmin etmək mümkün deyil. Ona görə də Dünya Bankının ölkəmizi orta gəlirli ölkə kateqoriyasına aid etməsi halında bizim istehlak səbətinin 3-cü dünya ölkələri standartlarında saxlanması doğru deyil. Əgər qeyd olunan istiqamətdə dəyişikliklər aparılsa, əhalinin sosial təminatı yaxşılaşar", deputat bildirib.
 

 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM