Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək

15:12 | 13.10.2014
Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək

Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.

APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb. Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır. Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM