Hadisə təlim uçuşu zamanı olub
Rusiyanın Krasnodar diyarının Kuşevsk hərbi hava limanında "MiQ-29" qırıcısı qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 16:47-də baş verib. Qəza təlim uçuşu zamanı olub. Bildirilir ki, uçuş döyüş kompleksi olamdan icra edilib.
Təyyarənin pilotu katapult olunub. Xilasedicilər onu təxliyyə edib və həyatı üçün qorxu yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !