Müəllimlərin işə qəbul prosesinin müsahibəsində iştirak edən 5740 nəfərdən 4658 nəfəri uğur qazanıb. Bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
Müsahibədən keçən 39 nəfər şəhid ailəsi üzvüdür.
Ümumilikdə vakansiya seçim mərhələsində 17475 namizəd iştirak edib. Namizədlərə 10 500 vakant yer təqdim olunub.
Müsahibə mərhələsini keçən şəxslər sənədləri sentyabrın 2-nə kimi yerli təhsil orqanlarına təqdim etməlidirlər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !