Miqrant böhranı: İsveç sərhəd yoxlamalarına başlayıb

20:48 | 12.11.2015
Miqrant böhranı: İsveç sərhəd yoxlamalarına başlayıb

Miqrant böhranı: İsveç sərhəd yoxlamalarına başlayıb

 İsveç miqrant axınına nəzarət etmək üçün müvəqqəti sərhəd yoxlamalarına başladığını elan edib.

Bu addımın yeni axının "ictimai təhlükə yaratdığna" görə atıldığı bildirilir.

Yoxlamalar cümə axşamı başlayacaq və 10 gün davam edəcək.

Maltada keçirilən sammitdə Aİ ölkələri problemlə mübarizə aparmaq üçün Afrikaya 1.8 milyard avronun ayrılmasına razılıq verib.

Lakin bəzi Afrika liderləri məbləğin yetərli olmadığını bildirib.

Bu il ərzində Eritreya, Nigeriya və Somali kimi Afrika ölkələrindən təxminən 150 min insan Aralıq Dənizini keçib.

Lakin əsasən suriyalılardan ibarət təxminən 650 min nəfərin Türkiyə və Yunanıstan vasitəsilə Avropaya axını bu rəqəmi üstələyib.

Bu il İsveçə təxminən 200 min miqrantın gələcəyi gözlənilir.

"Bu, bir-iki ölkənin problemi deyil – bu, bütün Avropa İttifaqı üçün problemdir,” İsveç baş naziri Stefan Lofven Malta görüşündə bildirib.

İsveç miqrasiya rəsmiləri bildirib ki, müvəqqədi sərhəd yoxlamalarının tətbiqi onlara yeni gələnləri qeydiyyata almağa, insanların ölkədə qanunsuz qalmasının qarşısını almağa kömək edəcək. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM