Sophia adlanan əməliyyata görə, hərbi dəniz gəmiləri insan alveri üçün istifadə olunmaqda şübhəli bilinən qayıqlarda axtarış apara biləcək.
İndiyə qədər Aİ nəzarət və xilasetmə əməliyyatlarına xüsusi diqqət ayırıb.
Bu il 130 mindən çox miqrant və qaçqınlar şimali Afrika sahillərindən Avropaya keçib. Onlardan 2 min 700 nəfəri boğulub.
Avropaya gələn miqrantların sayının çox olması Aİ daxilində böhrana səbəb olub.
Bu səyahətdə ən təhlükəli marşrut Liviyadan İtaliyaya olandır. İndi miqrantların çoxu Türkiyə-Yunanıstan marşrutunu seçirlər.
Aİ əməliyyatın ilkin mərhələsini EUNavfor Med adlandıraraq bu ilin iyun ayında hərbi dəniz nəzarətinin Liviyadan İtaliya və Malta istiqamətində qaçaqmalçı qayıqların müəyyənləşdirilməsi ilə həyata keçirib.
Sophia əməliyyatı isə ikinci mərhələdir. Əməliyyat avqust ayında Liviya sahilində anasını xilas etmiş Aİ gəmisində dünyaya gələn körpənin şərəfinə adandırılıb.
Miqrasiya eksperti xəbərdarlıq edib ki, Aİ Avropada olan cinayətkar dəstələrlə mübarizə aparmayanadək, Aralıq dənizindəki əməliyyatlar iflasa uğrayacaq.
Miqrant böhranının çərşənbə günü Strasburqda Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollandenin birlikdə Avropa Parlamentinə müraciəti zamanı əsas məsələlərdən biri olacağı gözlənilir.
Bu müraciət nadirdir, daha öncə yalnız bir dəfə 1989-cu ildə o zamankı Fransa prezidenti Francois Mitterrand və alman lideri Helmut Kohl tərəfindən edilib. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !