Yunanıstan-Makedoniya sərhədində təxminən min miqrant etiraz aksiyası keçirib. Skopye onları iqtisadi miqrantlar adlandırır.
Noyabrın 22-də keçirilmiş aksiyanın səbəbi Makedoniya rəsmilərinin qoyduğu yeni tələbdir. Skopye miqrant qəbulundan imtina edir, miqrantlardan Suriya, İraq və ya Əfqanıstan kimi müharibə içində olan ölkələrdən gəldiklərini sübut edən sənədlər istəyir.
Etirazçıların çoxu İran, Liviya, Mərakeş, Somali və Banqladeşdən gəliblər.
Sərhəddəki tikanlı məftillər arxasında dayanan miqrantlar AzadlıqRadiosuna deyiblər ki, günlərdir sərhəd zonasında dayanıb Makedoniyaya keçmək, Avropa Birliyinə getmək istəyirlər.
Skopye yeni məhdudiyyətləri Serbiya və Xorvatiyadan sonra tətbiq edib. Son 2 ölkə Suriya, İraq və ya Əfqanıstandan olmayan miqranları geri qaytaracağını bildirir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !