Miqrantlar Rusiya tarixini və konstitusiyasını öyrənəcək

19:13 | 18.07.2014
Miqrantlar Rusiya tarixini və konstitusiyasını öyrənəcək

Miqrantlar Rusiya tarixini və konstitusiyasını öyrənəcək

Bundan sonra Rusiyaya iş dalınca gələn miqrantlar rus dili ilə yanaşı, tarix və digər fənlərdən də test imtahanı verəcək.
 
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Təhsil  və Elm Nazirliyi məlumat yayıb.
 
Miqrantlar üçün 4 hissədən ibarət test imtahanları olacaq.
 
İlkin olaraq, miqrant kiçik həcmli yazı mətnlərini oxumağı bacarmalıdır. Leksikonunda, ən azı, 850 söz olması vacib şərtlərdən biridir.
 
İkinci test Rusiyanın tarixinə aiddir. Rusiyada işə düzəlmək istəyən şəxs əsas tarixi şəxsləri tanımalı, ölkədəki dini icmalardan, yerli adət-ənənələrdən anlayışı olmalıdır.
 
Konstitusiyanı bilmək də vacibdir. Testin 3-cü hissəsi məhz konstitusiyaya aid olan suallarla bağlıdır.
 
Dördüncü hissə Rusiya qanunları və miqrantların hüquqi cavabdehliklərini əhatə edən suallardır.
 
İmtahandan keçənlərə xüsusi sertifikat veriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM