Macarıstanın Roszke qaçqın düşərgəsindən paytaxt Budapeştə yürüş edən miqrantların yorğun olmaqlarından istifadə edən polis onları geri dönməyə məcbur edə bilib.
ANS PRESS-in məlumata görə yürüş edən qaçqınların əksəriyyəti Suriyadan gələnlərdir.
300 nəfərə yaxın miqrant bir gün ərzində piyada 20 km məsafə qət ediblər.
Yürüş edənlər arasında uçaqlar və yaşlılar da olub. Macarıstan polisi onları xüsusi avtobuslarla yola salıb.
Onlar yolda polis müdaxləsi ilə üzləşiblər. 4 saat yolu bağlı saxlayan polislər miqrantlara gözyaşardıcı qaz və rezin güllələrlə hücum ediblər.
Bu yaxınlarda ölkələrindəki vətəndaş mühaibəsindən qaçaraq Avropaya sığınmaq istəyən 20 minə yaxın qaçqın Macarıstandan keçməklə Almaniyaya gediblər
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !