Avropa İttifaqının sərhədlərinə yığılmış miqrantların sayı iyul ayında rekord həddə - 107 min 500 nəfərə çatıb.
Avropa İttifaqının sərhədlərinə yığılmış miqrantların sayı iyul ayında rekord həddə - 107 min 500 nəfərə çatıb.
Bu, 2008-ci ildən bəri ən yüksək rəqəmdir.
Təkcə Almaniyada sığınacaq istəyən 750 min miqrant var. Onların təkcə Hamburq şəhərindəki sayı 4500 nəfərdir. Ştutqart qubernatoru bildirib kİ, bütün miqrantların yerbəyer edilməsi üçün o hər gün yeni yaşayış binası tikməlidir.
Miqrantlar əsas etibarilə qayıqlarla İtaliya və Yunanıstan sahillərinə çıxır, oradan Qərbi Avropa ölkələrinə keçməyə cəhd göstərirlər.
Müqayisə üçün deyilməlidir ki, 1992-ci ildə, Bosniya böhranı zamanı miqrantların sayı 450 min nəfər idi.
Almaniyadan sonra miqrant böhranından ən çox çətinlik çəkən ikinci ölkə İsveçrədir. 2015-ci ildə bu ölkədən 80 min insanın sığınacaq istəyəcyi gözlənilir.
Fransa və Britaniya Kale şəhərində yığılmış minlərlə miqrantın taleyinə dair sazişi müzakirə edirlər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !