Mirbağır İsayev futboldan uzaqlaşdırıldı

20:30 | 02.12.2022
Mirbağır İsayev futboldan uzaqlaşdırıldı

Mirbağır İsayev futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.
 
Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.
 
İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. "Dənizçilər"ə bunun üçün 4000 manat məbləğində cərimə kəsilib.
 
Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb