• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Mirşahin Ağayev: “ANS ÇM -102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur”

Mirşahin Ağayev: “ANS ÇM -102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur”
10.12.2019 17:56
"Əslində teleradio məkanında fövqəladə hadisə baş verməyib.
 
Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində boş qalmış 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib. Həmin tezlik müsabiqənin qalibinə istifadə üçün veriləcək”. 

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu "REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev radio kanalının açılması üçün elan olunan müsabiqə ətrafında dolaşan söz-söhbətə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, 102 ÇM-də ÇM abreviaturası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əks etdirməyib: "ANS ÇM - 102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur. ÇM - Частотная Mодуляция (tezlik modulyasiyası) idi.
 
Bunu hamı bilir. Çingizin ruhunu narahat etmək olmaz, amma mənim dediklərim o ruhu rahat edəcək. Çingiz Mustafayevin adını daşıyan radio tezliyin satılması barədə bəyanat məsuliyyətsiz bir bəyanatdır. Radio tezlik müsabiqəyə çıxarılır, radio tezlik satışa çıxarılmır. Yoxdur axı belə bir məsələ.
 
ANS ÇM-in satışa çıxarıldığını demək məsuliyyətsizlikdir. 102 FM tezliklərdən biridir. Bu gün xəbər yayılıb ki, APA TV də müsabiqə ilə bağlı müraciət edib. Mən APA-nın rəhbərliyi ilə danışdım, APA tərəfindən belə bir müraciət yoxdur, məlumat yalandır. Çingiz mənim üçün xüsusi mövzudur, o mənim dostum olub. Çingiz Mustafayevin adı böyük bir spekulyasiya kampaniyasının mərkəzində hallanır. Ortada çox böyük avantüra var”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol