Mirzə Babayevin 100 illiyi keçirildi - FOTO

12:05 | 27.11.2013
Mirzə Babayevin 100 illiyi keçirildi - FOTO

Mirzə Babayevin 100 illiyi keçirildi - FOTO

Noyabrın 26-da Heydər Əliyev Sarayında görkəmli müğənni, Xalq Artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilib.

ANN.Az "AzərTac"a istinadən xəbər verir ki, tədbirdən əvvəl jurnalistlərə müsahibə verəm mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölməz sənətkarın həyat və yaradıcılığından, bənzərsiz sənət dünyasından söz açıb.

İlk ali təhsilini Sənaye İnstitutunun memarlıq fakültəsində almış Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.

M. Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlaib. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına - məşhur müğənni Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanib.

Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynayıb. Onun “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və digər sənət əsərlərində yaratdığı maraqlı və rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılıb. Aktyor 30-dan çox filmə çəkilib və kinolarımızda mahnı ifa edib.

Mirzə Babayev Azərbaycan Respublikasının Xalq Artisti, iki dəfə “Humay” mükafatının laureatı olub.

Gecədə sənətkarın oxuduğu mahnılardan, çəkildiyi filmlərdən parçalar təqdim edilib. Tanınmış ifaçıların və gənc musiqiçilərin sənətkarın repertuarından səsləndirdikləri mahnılar alqışlarla qarşılanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti