• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Mirzə Ələkbər Sabir: "Harda müsəlman görürəm qorxuram"

Mirzə Ələkbər Sabir:
08.01.2015 15:03
Oxucularımıza Mirzə Ələkbər Sabirin məşhur "Qorxuram" şeirini təqdim edirik. 

Payi-piyadə düşürəm çöllərə, --
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min 
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər, 
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu, 
Ay dadaş, vallahi, billahi, tallahi, 
Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var: 
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram, 
Qorxuram, qorxuram, qorxuram!....

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzuli Məmmədov: “Bakıya qəhrəman şəhər adının verilməsi tarixi ədalətin təntənəsi ola bilər”
09:42
Füzuli Məmmədov: “Bakıya qəhrəman şəhər adının verilməsi tarixi ədalətin təntənəsi ola bilər”
08:54
"Dəyişikliyin qəbul olunub, olunmaması cəmiyyət üçün maraqlı deyil" - Ekspert
Qulu Məhərrəmli telekanalları qınadı - AÇIQLAMA
00:02
Qulu Məhərrəmli telekanalları qınadı - AÇIQLAMA
Lissabondan Bakıya velosipedlə gələcək
11:30
Lissabondan Bakıya velosipedlə gələcək
Azərbaycan vətəndaşı olmaq istəyən əcnəbilər
15:25
Azərbaycan vətəndaşı olmaq istəyən əcnəbilər
İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT
17:36
İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT
Bakıda Milli Şuranın mitinqi keçirilir
15:15
Bakıda Milli Şuranın mitinqi keçirilir
Azərbaycana təslim olmuş erməni hərbiçinin atasını polis saxladı
12:18
Azərbaycana təslim olmuş erməni hərbiçinin atasını polis saxladı
Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb
13:21
Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol