Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan arasında görüş keçirilib.Bu barədə Mirzoyan "X" hesabında yazıb.
Danışıqlar zamanı nazirlər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları müzakirə ediblər.
"Biz ikitərəfli gündəliyi və Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini, eləcə də regional mövzuları müzakirə etdik. Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”, – Mirzoyan qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !