Mirzoyan - ATƏT mexanizmlərini təcili işə salmalıdır

10:42 | 20.09.2023
Mirzoyan - ATƏT mexanizmlərini təcili işə salmalıdır

Mirzoyan - ATƏT mexanizmlərini təcili işə salmalıdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda ATƏT-in hazırkı sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşündə Qarabağda münaqişənin dayandırılması üçün təşkilati mexanizmlərin təcili işə salınmasına çağırıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Azərbaycan Qarabağda etnik "təmizləməyə" nail olmağa çalışır. ATƏT-in müvafiq mexanizmləri təcili işə salınmalıdır. ", - qeyd olunur.
 
Sentyabrın 19-da  Qarabağda gərginlik yenidən artıb. Bakı qondarma "yerli antiterror tədbirləri”nə başladığını elan edib və erməni qoşunlarının bölgədən çıxarılmasını tələb edib. İrəvan isə öz növbəsində Qarabağda erməni qüvvələrinin olmadığını bəyan edərək, baş verənləri "genişmiqyaslı təcavüz aktı” adlandırıb. Ermənistan paytaxtının sakinləri Ermənistan hökumət binası yaxınlığında etiraz aksiyası keçirərək, mövcud vəziyyətə görə ölkə rəhbərliyini və baş nazir Nikol Paşinyanı günahlandırıblar.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti