• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzoyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin bərpasına heç bir maneə görmür

Mirzoyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin bərpasına heç bir maneə görmür
31.10.2024 11:26
Ermənistan və Azərbaycan tərəfləri dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə işi haqqında Əsasnaməni ratifikasiya etdikdən sonra tərəflər tezliklə sənədin qüvvəyə minməsi barədə bir-birini rəsmi məlumatlandıracaqlar. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib.

"Bundan sonra, 2024-cü ilin qalan aylarında və ya artıq 2025-ci ildə biz, ümid edirəm, delimitasiya proseslərini davam etdirəcəyik -o bildirib. 
 
Ermənistan Xarici İşlər Nazirliyi bu il avqustun 30-da elan edib ki, İrəvan və Bakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının birgə işi haqqında əsasnamə (əsasnamə) imzalayıblar.
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol