Mirzoyan Moskvada Lavrovla görüşəcək

17:22 | 16.03.2023
Mirzoyan Moskvada Lavrovla görüşəcək

Mirzoyan Moskvada Lavrovla görüşəcək

Martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ilə danışıqlar aparacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Görüş zamanı Lavrov və Mirzoyan "ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində - MDB, Aİİ, KTMT-də qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımları” müzakirə edəcəklər.

Müzakirədə regional məsələlər, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və ümumiyyətlə, Qarabağda, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin icrası müzakirə olunacaq.
 
"Biz gözləyirik ki, qarşıdan gələn görüş İrəvanla dialoqun keyfiyyətinin yüksəldilməsinə, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində işlərə kömək edəcək”, - Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Lavrov Mirzoyanla martın 3-də Yeni Dehlidə G20 sammiti çərçivəsində görüş keçirib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb