Mirzoyanla Bayramovun Rusiyada görüşü gözlənilmir

12:30 | 07.10.2024
Mirzoyanla Bayramovun Rusiyada görüşü gözlənilmir

Mirzoyanla Bayramovun Rusiyada görüşü gözlənilmir

Hazırda Moskvada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ikili görüşü nəzərdə tutulmayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.  
 
 Bu gün Rusiyada MDB xarici İşlər Nazirləri Şurasının iclsı keçirilir. 
 
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında sonuncu görüş sentyabrın sonunda ABŞ--da keçirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqlar prosesi davam edir. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM