Tom LeonardQonaqlara "GÖYY" - "Gəlməzdən öncə yemək yeyin!" xəbərdarlığının göndərilməsi və onların Beyons və onun əri reper Jay-Z də daxil olmaqla, digər ulduzlarla rəqs edəcəkləri barədə şayiələrin yayılması Ağ Evdə qeyri-adi tədbir olacağının göstəricisi idi.Mişel Obamanın 50 yaşı tamam olur və ABŞ prezidenti Barak Obama qonaqlarla axşam “First Lady”nin ad gününü qeyd edəcək. Qeyd etmək yerinə düşər ki, son zamanlar Mişel çox acıqlıdır. Bu səbəbdən belə bir günün qeyd olunması onların bir az rahatlanmasına və bir neçə saatlığa da olsa problemləri unutmağa imkan verəcək.Qonaqlarını "qəlyanaltılara, içkilərə, rəqslərə və çərəzə" dəvət edən elektron poçtda onların rahat ayaqqabı geyinməsi və öz rəqs hərəkətlərini məşq etməsi məsləhət görülürdü.Etiket normalarının pozulmasını əsas turan Vaşinqton ekspertləri bütün bunların qeyri-formal xarakter daşıdığından narahatlıqlarını ifadə ediblər. Amma ər-arvad Obama həmişə əlçatan olmaq istəyiblər, hətta reallıq başqa cür təqdim edilsə belə…Obama cütlüyü dünyada ən əlçatan cütlükdür, amma onların arxasınca xüsusi maraqla müşahidə aparmayan qonaq tapmaq müşkül məsələdir.Amma bu cütlüyü sonuncu dəfə Nelson Mandelanın dəfnində müşahidə edərkən Birinci xanım ərinin Danimarka baş naziri, uzunayaqlı, sarışın Helle Torninq-Şmidt ilə poza verib şəkil çəkdirməsindən o qədər də razı qalmamışdı.Həqiqətən, əgər ABŞ-ın xəbər başlıqlarına insansaq, Vaşinqtonun "qızıl cütlüyünün" münasibətlərində problemlər var, bu isə nəzakətsiz baxışların çərçivələrini xeyli aşır.Başlıqlardan birində yazılıb: "Şok! Obama boşanır!" “National Enquirer” iddia edir ki, onların 21 illik nikahı xoşagəlməz toqquşmalar ucbatından dağılacaq, belə vəziyyət Mandelanın dəfnində yaranmışdır və ən pisi odur ki, missis Obama məxfi xidmət mühafizəçilərinin ərinin xəyanətini ört-basdır edilməsini güman edir.Hazırda Ağ Ev bu iddianı şərh etməkdən imtina edir, hərçənd vaxtilə Bil Klintonun yataq qalmaqallarından sonra amerikalılar istənilən kəbinsiz fəallığa əhəmiyyətli dərəcədə daha az optimist yanaşırlar, nəinki fransızların Fransua Ollandın davranışına olan münasibəti.“National Enquirer”in verdiyi məlumata görə, xanım Obama ərinin prezidentliyi bitənə kimi onun yanında qalmaq fikrindədir, sonra əri böyüyüb boya-başa çatdığı Havay adalarına qayıdacaq, o isə uşaqlarıyla Vaşinqtonda qalacaq.Ailənin Havay adalarında keçirdikləri “Milad” istirahətində Obamanın "münasibətləri qaydaya salmaq" cəhdi uğursuzluğa duçar olmuş, bundan sonra ər-arvad güya müxtəlif yataq otaqlarında yatırlar. Hətta istirahətdən sonra Obama arvadını tənha qoyub iki qızı ilə birlikdə Vaşinqtona qayıdib.Onu da demək lazımdır ki, “National Enquirer” bu sensasiyalı bəyanatları dəstək olaraq yalnız anonim insayderlərdən sitat gətirir, bu isə “güclü” xəbərlərin etibarlı mənbəyi sayıla bilməz.Obamanın məsləhətçiləri, əlbəttə, heç nə demirlər, çünki qalmaqalın yayılacağından çəkinirlər.Ər-arvad "bütün ölkə valideynləri üçün müsbət nümunədir", - onların köhnə dostu və məsləhətçisi Valeri Djarrett belə deyir. "Mişel Obama şöhrətinin zirvəsindədir. O, 50 yaşında nağıllardakı kimi görünür".Vaşinqtonun KİV-ləri bu tarixə əhəmiyyət vermədi.Amma xəbər tablosunda yazılanlardan biri düz idi - missis Obama, həqiqətən, Havay adalarında qaldı. Ağ Ev isə dərhal izahat verib bildirdi ki, “First Lady”nin adalarda daha uzunmüddətli qalması ərinin ona doğum günü hədiyyəsidir."Əgər sizin uşaqlarınız varsa və əgər sizin həyat yoldaşınız deyirsə ki, onlar həftəni evdən kənarda keçirə bilərlər, bu, əslində böyük hədiyyədir", - onun mətbuat katibi fikrini belə yekunlayıb.Çərşənbə günü vətənə qayıdandan əvvəl missis Obamanın Havay adalarında böyüklüyünə görə ikinci olan Maui dağının döşündə yerləşən TV ulduz Orpa Uinfrinin 12 otaqlı gözəl evində bir həftə ərzində qalması da xəbərlər sırasında təsdiqlənir.Deyirlər ki, onların qadın şənliyinə Opranın yaxın rəfiqəsi - televiziya aparıcısı Qeyl Kinq, Ağ Evdə köməkçi çalışan Valeri Carrett və ABŞ-ın Baş prokuroru Erik Xolderin həyat yoldaşı Şeron Meloun da qoşulub.Opra qaldıqları yeri belə təsvir edib: onlar və qonaqlar artırmada otururdular, kokteyllərdən qurtumlayırdılar və günəşin qürubunu izlmək üçün atlarla dağın zirvəsinə qalxırdılar.Niyə kimsə belə imkanları buraxıb soyuq Vaşinqtona geri tələssin ki?Amma əgər şayiələr doğrudursa, Mişelin qayıtmaq istəməməsinin səbəbi əri ilə münasibətlərinin gərginləşməsi də olub. Həm də belə görünür ki, gərginlik ilk dəfə deyil yaranır.Obama prezident seçiləndən bəri iki kitab yazıb və onlardan birində etiraf edib ki, hələ evliliklərinin ilk ilində cütlük ayrılmağa yaxın olub, hətta missis Obama boşanmanın ərinin siyasi ambisiyalarına mane ola biləcək ehtimallarını götür-qoy etdikdən sonra sənədləri geri götürüb.2009-cu ildə Vaşinqtonun müxbir-veteranı Riçard Vulfi iddia edir ki, hələ 9 il əvvəl Obamanın siyasi irəliləyişi və ailənin maliyyə problemləriylə əlaqədar bu evliliyin bünövrəsinə artıq ziyan dəymişdi."Çoxlu söz-söhbət vardı və romantika azalmışdı. Mişel ərinin eqoizminə və karyerizminə hirslənirdi. Əri isə düşünürdü ki, Mişel soyuq qadına çevrilib və naşükür olub", - Vulfi yazır."Mişel 2000-ci ildə Konqresdə yer uğrunda mübarizədə ərinin uğursuzluq göstərməsini sindirə bilmirdi və onların nikahı Saşa doğulana kimi təhlükə altında olub”, - Renegade-da Vulfi əlavə edir.Vulfi yazır ki, görünür, onlar Ağ Evə köçənə qədər öz keçmiş problemlərini həll edə biliblər."Bizdə hər şey yaxşı olacaq", - o, xanım Obamadan sitat gətirir. "Biz nəyəsə girişmək və həmin işi sona çatdırmaq üçün yetəri qədər güclüyük".Bununla belə, bəzi məlumatlara görə, xanım Obama ötən vaxt ərzində Vaşinqton həyatına uyğunlaşa bilmədi.Keçmiş fransız Birinci xanımı Karl Bruni öz kitabında yazıb ki, o, xanım Obamadan soruşanda ki, Ağ Evdə həyat necədir, belə cavab alıb: "Soruşmasan yaxşıdır! Bu, cəhənnəmdir. Mən bacarmıram!". Ancaq missis Obama sonra təkid etdi ki, o heç vaxt belə ifadə işlətməyib.Həmin vaxtda, 2012-ci ildə siyasi yazıçı Edvard Kleyn iddia edirdi ki, Barak Obama 2000-ci ildə nikahının təhlükədə olmasından o qədər ehtiyat edirmiş ki, hətta dostları onun intihar edə biləcəyini belə düşünürmüşlər."Missis Obama ərinə qəzəblənmişdi. Çünki o, ərinə əvvəlcədən xəbərdarlıq etmişdi ki, Konqresdə yer uğrunda faciəli seçkiqabağı mübarizəyə qarışmasın. Beləliklə, o, uduzdu", - Kleyn deyir."Məğlubiyyətə düçar olduqdan, kədərli günlərdə Barak Obama sakitliyi xanımı Mişelin yanında tapmağa, ondan istiqanlılıq görmək istəyir. Amma o, ərinə təskinlik verəcək halda deyildi", - Kleyn yazır və iddia edir ki, Mişelin dostları jurnalistə hətta boşanma üçün sənədlərin hazır olduğunu da deyiblərmiş.“O, sabit və təhlükəsiz gələcəyin yaradılması üçün Mişelin ümidlərini doğrultmadı", - Kleyn yazır. "Nəticədə onların nikahı sarsıldı və Obama dostlarına dedi ki, Mişellə birlikdə boşanma haqqında düşünürlər".Bu cütlük yenidən belə ailə böhranı yaşaya bilərmi?Ad günündə dərc edilmiş müsahibədə xanım Obama özünü ərinin çoxillik karyerasına və uşaqlarının tərbiyəsinə həsr etmiş qadın kimi təqdim olunur. İndi o, özünü birinci yerə qoyulmağa hazır hiss edir.Uzun müddət müntəzəm fiziki tapşırıqlara və sağlam qidalanmaya riayət edən, sağlam həyat tərzinin nümunəsi olaraq, missis Obama öz baxışlarını təsdiq etmək üçün hətta plastik cərrahiyyəyə və ya Botoksa müraciət edə biləcəyini də istisna etmir: "Qadınlar özlərini yaxşı hiss etmək üçün onlara lazım olan bütün azadlıqlara malik olmalıdırlar".Onun həyatı "daim inkişaf edir ", - o, əlavə edərək deyir: "Mənə həmişə hər şeyi nəzarətdə saxlamağın üsullarını tapmaq lazımdır". Onun əri bu hissi bilir. O, istərdi ki, ər-arvad düşmənçiliyi haqqında şayiələr onun böyük partiyasının üstündə asılan tək bulud olsun.Obamanın məşhurluğunun reytinqi 40 faizdən artıqdır, seçicilərin üçdə iki hissəsi isə ABŞ-ın səhv istiqamətdə hərəkət etdiyini düşünür. Riçard Nikson da öz hakimiyyət illərində belə göstəricilər nümayiş etdirmişdir.Bəs amerikalıların bəyənmədiyi nədir? Əsasən, hər şey.Onun darıxdırıcı və maraqsız respublikaçı opponenti Mitta Romniyə görə, seçicilərdə entuziazmın yoxluğu fonunda ikinci müddətə qələbədən sonra, Obama keçən ilin çox hissəsini elə keçirib ki, nəticədə seçicilər ağlasığmaz şeylər düşünüblər: “Bəlkə də Romnini seçsəydik, daha yaxşı olardı”.Obamanın yaxın vaxtlarda elədiyi zarafat görə, əgər Vaşinqton mətbuatına insansaq, onun prezidentliyi 15 dəfə "kliniki ölüm" vəziyyətinə düşüb.Onun keçmiş silahdaşları, həmçinin keçmiş müdafiə naziri Robert Qeytsin fikirlərində də məyusluq hiss olunur.Qeyts özünün olduqca maraqlı avtobioqrafiyasında Obamanı təhlükəli, lovğa, sadəlövh, qətiyyətsiz və bixəbər "baş komandan" kimi təsvir edir və deyir ki, Obama öz ölkəsinin silahlı qüvvələrinə azarkeşlik etmir.İraqda və ya Suriyada yürütdüyü siyasətində Obama öz hərbiçilərinə əhəmiyyət vermədi, amma sonra öz vədlərinə qayıtdı - məsələn, həmin "qırmızı xəttə" qayıtdı, bunu Suriyanın kimyəvi silahdan istifadə etməsi üçün qoymuşdu.Qeyts etiraf edir ki, Obama administrasiyasıyla işləmək "çox çətindir", çünki "yuxarıdan aşağıya dəyərləndirmə yoxdur, qeyri-müəyyənlik və müharibənin gözlənilməzliyi var". Çətin ki, bu azad dünyanın lideri üçün geniş dəstəyin olmasını xarakterizə etsin.Bu həftə isə Qeytsin Obamaya sərt hökmü müdafiə idarəsinin başqa insayderi tərəfindən təkrarlanmışdı.Obamanın Ağ Evdə Hillari Klintonu əvəzləmək üçün onun şanslarına vurduğu zərbələri nəzərə alsaq, sözsüz, siyahıda birinci yerdə iştirak edir.Birinci xanıma gəlincə, o, hələ nümayiş etdirmək istəyir ki, 50 illik yubileyini qeyd eləsə də, ruhən gəncdir. Çünki "sərt" Amerika yeniyetmələrinin arasında məşhur olan “Xip-xop” rəqsini edə bilir.Prezidentlə həzin rəqs oynamaq arzusunu hiss edib-etməyəcəyini isə hələ aydınlaşdırmaq lazım olacaq.
www.dailymail.co.uk/news/article-2541580/Is-Obama-marriage-rocks-Ugly-fights-selfie-Even-Presidential-affair-Astonishing-claims-emerge.htmlTərcümə: Ramil Rahiboglu ANN.AZ
Bizi sosial şəbəkələrdə izləyin !