ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın təşkilatçılığı və Novruz Bayramını qeyd edən ölkələrin və xalqların iştirakı ilə Ağ Evdə təntənəli tədbir keçirilib.
Tədbirdə folklor səhnəciklər təqdim olunub, yerli rəqslər sərgilənib, Novruz bayramına məxsus menyular təqdim olunub. Tədbirin təşkilatçısı simasında çıxış edən Mişel Obama Ağ Evin dünya xalqlarının adət və ənənələrinə xüsusi həssaslıqla yanaşdığını və hörmət etdiyini dilə gətirib: "Novruz bayramı da dünyanın ən qədim ənənələrindən biridir". Mişel Obama belə bir tədbirin təşkilatçısı olmasından qürur duyduğunu deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !