Misir Mərdanovla Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlayanların nəhkəməsi başlayıb

Kərimə dövləti qurmaqda, sabiq təhsil naziri Misir Mərdanov və "Real TV”nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edilən dəstə üzvlərinin məhkəməsi başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda tərəflərin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla tutulan müttəhimlərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bugünkü iclasda müdafiə tərəfinin ilk vəsatətləri müttəhimlər haqda seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.
Prosesin davamında təqsirləndirilən Hüseyn Hüseynzadənin müdafiəçisi vəkillərdən biri Misir Mərdanov və Mirşahin Ağayevin zərərçəkmiş qismində tanınmasına xitam verilməsini istəyib. Vəkil hesab edir ki, Mərdanov və Ağayevə heç bir zərər dəyməyib, onlara qarşı iddia olunan sui-qəsd planı hazırlanmasından xəbərləri olmayıb.
Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, qeyd olunan məsələ hazırlıq iclasının predmetinə aid deyil.
Vəsatət baxılmamış saxlanılıb.
İlk baxış iclası yanvarın 31-ə təyin edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dövlətə xəyanətdə , dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd cəhdi hazırlamaqda, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə və digər maddələri ilə ittiham edilirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 