Misir prezidentinin Azərbaycan və Ermənistana səfəri nə vəd edir?

15:31 | 25.01.2023
Misir prezidentinin Azərbaycan və Ermənistana səfəri nə vəd edir?

Misir prezidentinin Azərbaycan və Ermənistana səfəri nə vəd edir?

Misir Prezidenti Əbdülfəttah əs-Sisi yaxın günlərdə Azərbaycana və Ermənistana səfər edəcək
 

Bu, Misir dövlət başçısının Ermənistana ilk səfəri olacaq.
 
 Siyasi şərhçi Tural İsmayılov bildirir ki, Misir prezidentinin Azərbaycan və Ermənistana səfəri region üçün maraqlı proses hesab oluna bilər.
 
"Nəzərə alsaq ki, Misirlə Türkiyə arasında uzun müddətdir gərgin olan əlaqələr artıq düzəlmək üzrədir. Bütövlükdə Aralıq dənizində Misirin bəzi fəaliyyətləri ədalətsiz idi və bu, Türkiyənin qane etmirdi. Amma son dövrlərdə Türkiyə- Misir və Türkiyə- İsrail əlaqələrinin inkişaf etdirilməsi fonunda Misirlə Azərbaycanın əlaqələri daha da dərinləşir”, - siyasi şərhçi bildirib.
 
Tural İsmayılov hesab edir ki, Misir prezidentinin Ermənistana ilk səfəri Misirin  regiondakı proseslərə marağını ifadə edir.
 
"Eyni zamanda, son dövrlər Azərbaycan və Ermənistan arasında münasibətlər dünya siyasi gündəminin əsas müzakirə məsələlərindən biridir. Bu baxımdan Misir proseslə yaxından maraqlanmaq istəyir”, - İsmayılov deyib.
 
Siyasi şərhçi hesab edir ki, Azərbaycan və Misir arasındakı əlaqələrin daha da inkişafı, turizm və iqtisadiyyat sahəsində çoxtərəfli əlaqələrin stimullaşdırılması Misir prezidentinin regiona və Azərbaycana səfərinin başlıca müzakirə predmentlərindən biri olacaq.
 
Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanıyıb. 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb.
 
1993-cü ilin aprelindən  Misirin Bakıda və 1994-cü ilin yanvarından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi hesab olunur. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən olub. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan Misir nümayəndələrinin dəstəyini qazanıb.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM