ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 20 nəfər polis nəzarətinə götürülüb. 8 nəfər isə öldürülüb. Əməliyyatlar Şimali Sinada Əl-Ariş, Şeyx Zuved və Rifah şəhərlərində reallaşdırılıb.
Gün boyunca davam edən əməliyyatlarda 25 obyekt dağıdılıb.
Digər tərəfdən isə ölkənin şimal-şərqində əl-Buhayranın Əbu əl-Metamir mahalındakı bir polis məntəqəsinə bombalı hücum təşkil olunub. Hadisə nəticəsində 1 neçə polis yaralanıb.
Qeyd edək ki, Misir ordusu ölkənin şimal-şərqindəki Sina bölgəsində "terror təşkilatı" kimi qələmə verdiyi qruplara qarşı 2013-cü ilin sentyabrdan bəri əməliyyatlar təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !