Qahirə məhkəməsi Misir ərazisində Fələstin hərəkatı HƏMAS-ın fəaliyyət göstərməsinə qadağa qoyub.
ANN.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə adının açıqlanmasını istəməyən məhkəmə hakimi agentliyə məlumat verib.
Məhkəmənin qərarına əsasən, yaxın müddətdə HƏMAS bu ölkədə özünün bütün nümayəndəliklərini bağlamalıdır.
HƏMAS Misirdə "Müsəlman qardaşları" ilə əməkdaşlıq edirdi, Misirin yeni hakimiyyəti isə "Müsəlman qardaşları"nı terrorçu təşkilat hesab edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !